Azərbaycanın qızıl istehsalçısı olan «Azergold» ASC şirkəti növbəti istiqraz emissiyasını açıqlayıb.
“AzerGold” illik 6 faiz ilə 20 milyon dollar borc alır
FED.az xəbər verir ki, şirkət ümumi məbləği 20 milyon dollar olan istiqraz buraxacağını elan edib.
İstiqrazların nominal qiyməti 100 dollar, buraxılış sayı isə 200 min ədəddir. İstiqrazların illik gəlirliyi 6% təşkil edir. Faizlər hər 90 gündən bir investorlara ödəniləcək.
«Azergold» ASC şirkəti elan edib ki, buraxılışın anderrayteri «PAŞA Kapital İnvestisiya Şirkəti» QSC-dir.
İstiqrazların kütləvi təklif üsulu ilə ilkin yerləşdirilməsi Emissiya Prospekti dövlət qeydiyyatına alındıqdan sonra “Bakı Fond Birjası” QSCnin ticarət platforması vasitəsilə həyata keçiriləcəkdir. İstiqrazların listinqə daxil edilməsi ilə bağlı müraciət istiqrazın buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra ediləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.