Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Finex Kredit” BOKT ASC qiymətli kağızlar bazarına yüksək gəlirli istiqraz buraxmağa hazırlaşır.
Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb
FED.az xəbər verir ki, emissiya çərçivəsində ümumi məbləği 500 min manat olan istiqraz buraxılacaq. İstiqrazların nominal qiyməti 500 manat olmaqla 1000 ədəd qiymətli kağız dövriyyəyə buraxılacaq.
«Finex» BOKT istiqrazlarının illik faiz dərəcəsi 17%, tədavül müddəti 3 il təşkil edir.
İstiqrazın tədavüldə olduğu dövrdə emitent investora istiqrazını geri almaq hüququ verəcək.
Qiymətli kağızların anderraytinq xidmətini PSG Kapital investisiya şirkəti həyata keçirəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.