20 iyun 2024-cü il saat 11.00-da “Salyan Reproduktor Quşçuluq” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Salyan rayonu, Qaraçala qəsəbəsində cəmiyyətin inzibati ərazisində baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı;
2.Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3.Cəmiyyətin müşahidə (direktorlar) şurasının, icra orqanının və təftiş komissiyasının formalaşdırılması;
4. Cəmiyyətin fəaliyyətinin bərpası ilə bağlı görüləcək işlərin müzakirəsi və təsdiqi.
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 202-90-22 “Salyan Reproduktor Quşçuluqv” ASC-nin icra orqanı