21 iyun 2024- cü il saat 17:00 da “Cederovtala Tütün” ASC-nin səhmdarlarının növbəti illik ümümi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Balakən şəhəri, R Səmədov küçəsi 20 ünvanında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin sədrinin hesabatı
2. İllik hesabatın təsdiqi.
3. “Cederovtala Tütün” ASC-nin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi barədə məsələlərin müzakirəsi.
4. Cəmiyyətin ləğvi.
5. Təhvil – Təslim Aktının təsdiq edilməsi.
6. Digər məsələlər.