Azərbaycan hökuməti əhalidə olan pul kütləsinin dövriyyəyə cəlb edilməsi üçün yeni mexanizm hazırlayır.
Eləcə də bax: SOCAR yeni istiqraz buraxır - Mərkəzi Banka Müraciət
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Onun sözlərinə görə, belə mexanizmlərdən biri yeni qiymətli kağızların – «Qarabağ» istiqrazlarının dövriyyəyə buraxılması olacaq. «İnanıram ki, bu addım ən qısa zamanda öz effektini verəcək»-deyə millət vəkili bildirib.
Qarabağ istiqrazlarının hansı məqsədlə buraxılacağı barədə məlumat verilməsə də, qeyd edək ki, hökumət qarşıdakı 5-6 il ərzində işğaldan azad edilən ərazilərin bərpası ilə məşğul olacaq və bunun üçün təqribi hesablamalara görə 20-40 milyard manat vəsait tələb olunacaq. Büdcədə bununla bağlı sərbəst vəsait qıtlığı olduğuna görə, həmin vəsaitlərin borc kimi cəlb edilməsi daha realdır.
Qarabağ istiqrazlarının buraxılması bu işləri maliyyələşdirmək üçün uyğun variantlardan biri ola bilər.