Azərbaycanda özəl şirkətlər dövlət təminatı əsasında istiqrazlar buraxmaq yolu ilə vəsait cəlb edə bilər.
Eləcə də bax: Azərbaycanda səhm bazarında vergi güzəştləri - TƏTBİQ OLUNA BİLƏR
FED.az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktor müavini Samir İsmayılov Bakı Fond Birjasının təşkil etdiyi "Emitent günü"nə həsr olunmuş videokonfrans zamanı deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank şirkətlərin kapital bazarına cəlb olunması üçün addımlar atır.
"Bu ilin avqustunda korporativ istiqrazların təminatı mexanizmi təsdiq olunub. Yəni, bu mexanizm istiqrazlara da tətbiq olubnacaq. Kapital bazarında maliyyələşmə əldə etmək istəyən şirkətlər dövlət təminatı əsasında istiqrazlar buraxa bilər. Bu məqsədlə müvafiq qaydalar hazırlanır və 2023-cü ilin yanvarınadək istiqrazların təminatı qaydaları təsdiq ediləcək", - deyə o bildirib. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.