2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 9,3 milyard manatlıq investisiya qiymətli kağızlarının dövlət qeydiyyatını həyata keçirib.
Eləcə də bax: Tarixdə ilk dəfə: Bankların qiymətli kağızlar portfeli 5 milyard manatı - KEÇDİ
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənəddə deyilir ki, bunun 1,9 milyard manatı 59 korporativ istiqraz buraxılışının, 0,7 milyard manatı 138 səhm buraxılışının, 6,7 milyard manatı isə dövlət qiymətli kağızlarının, o cümlədən 4,8 milyard manatı AMB-nin notlarının, 1,9 milyard manatı isə Maliyyə Nazirliyinin istiqrazlarının payına düşüb.
Ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 0,5 milyard manat olan 20 emissiya prospekti təsdiq edilib. (Report)