Azərbaycanda bankların qiymətli kağızlar üzrə portfeli tarixdə ilk dəfə 5 milyard manatı ötdü.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin həcmi üzrə - BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (01.01.2022)
1 fevral 2022-ci il tarixinə bankların qiymətli kağızlar üzrə portfelinin həcmi 5 milyard 205.9 milyon manat təşkil edib.
Bu da son bir ayda 6.5%, son bir ildə isə 11.3% artmışdır.
Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar.