24 avqust 2024-cü il saat 11.00-da “Pirallah-Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23, “AMAY” ticarət mərkəzinin 3-cü mərtəbəsində 10 nömrəli otaqda baş tutacaq.
İclasın gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin ləğv prosesinin davam etdirilməsi.
2. Ləğvetmə komissiyasının üzvlərinin səlahiyyətlərinin davam etdirilməsi.
Gündəlikdəki məsələlərin materialları ilə iclasın keçiriləcəyi ünvanda tanış olmaq mümkündür.
Əlaqə nömrəsi -050-354-14-54.
Bütün səhmdarların iştirakı vacibdir.