Azərbaycanda qiymətli kağızların əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması öhdəliyi ilə satışı (repo) artıb. Daha çox dövlət istiqrazlarının sahibləri qısamüddətli əlavə vəsaitə ehtiyacları yarandıqda, portfelində olan istiqrazları digər tərəfə razılaşdırılmış müddətdə və qiymətlə (faizlə) geri alacağı öhdəliyi ilə əqd bağlayaraq satırlar. Bir növ istiqraz girov qoyularaq borc alınır.
Eləcə də bax: “İnvestAZ” korporativ istiqrazlar üzrə əməliyyatları - KƏSKİN ARTIRIB
2021-ci ildə Bakı Fond Birjasında Repo əməliyyatları üzrə ticarətin həcmi kəskin artıb.
FED.az xəbər verir ki, Repo əməliyyatları üzrə ticarətin həcmi 2020-ci illə müqayisədə 2021-ci ildə 3,3 dəfə artaraq 7 milyard 196 milyon 335 min manat təşkil edib. 2020-ci ildə Birjada 2 milyard 150 milyon 180 min manatlıq repo əməliyyatları aparılmışdı.
Ötən il dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 3,5 dəfə artaraq 6 milyard 834 milyon 180 min manat təşkil edib. 2020-ci ildə dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 1 milyard 941 milyon 87 min manat olmuşdu.
Repo əməliyyatı kreditdən daha sərfəli (ucuz) vəsait əldə etmək alətidir. Bu zaman istiqrazlar tamamilə satılmır, onun faiz gəliri qazanılır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
(Marja)