Cari ilin 10 ayı ərzində banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri, faiz dəhlizinin dəyişiminə reaksiya verib.
Repo qısamüddətli borclanma alətinin ticarəti üzrə - REKORD GÖSTƏRİCİ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, Azərbaycanda ilk dəfə banklararası REPO faizləri AMB-nin faiz dəhlizi daxilində hərəkət edib.
Bildirilib ki, oktyabr ayında 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 8.38% olmaqla faiz dəhlizinin daxilində formalaşıb.
Ümumilikdə, AMB-nin sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 mlrd. manat artaraq 6.4 mlrd. manata çatıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.