Bakı Fond Birjasında 13.10.2023-cü il tarixində Repo qısamüddətli borclanma alətinin ticarəti üzrə rekord həcm reallaşıb.
FED.az birjaya istinadən xəbər verir ki, 13 oktyabr tarixində repo əqdləri üzrə ticarət həcmi 348 milyon manat olub.
Qeyd edək ki, daha öncə ən yüksək göstərici (242 mlyon manat) 10.03.2023-cü il tarixində reallaşmışdı.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.