Azərbaycanın bank-maliyyə sistemində ilk dəfə olaraq blokchain texnologiyasının əsasında avtomatlaşdırılmış bank sistemi tətbiq olunub.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, ölkənin aparıcı qeyri-bank təşkilatlarından olan «FİNOKO BOKT» ASC öz biznes proseslərində blokchain-in tətbiqinə başlayıb.
«Finoko» BOKT şirkətində blokchain ABŞ-ın «CrediVault» şirkətinin texnologiyası vasitəsilə tətbiq olunub.
Qeyd edək ki, «CrediVault» - təhlükəsiz blokçeyn platformasıdır. O maliyyə xidmətləri sektoru üçün tranzaksiyaların buraxılışından tutmuş, hesablaşmaya qədər bütün əməliyyatların daimi qeydiyyatını təmin edir.
Platformadakı qeydlər «CrediVault» tərəfindən təsdiqlənir və fərdlər, bizneslər və hökumət tənzimləyiciləri üçün dəyişməz, vahid etibarlı məlumat mənbəyi olaraq qalıb.
Burada istifadə olunan blockchain texnologiyası isə dəyişməzliyi dəstəkləyir, yəni məlumat qeydə alındıqdan sonra onu silmək və ya dəyişdirmək mümkün deyil.
Müqayisə üçün: ənənəvi məlumat bazaları dəyişməzliyə malik deyil və məlumatların saxtalaşdırılmasına və digər pozuntulara daha çox məruz qalırlar.
Blockchain-də isə bütün məlumatlar alqoritm formasında kodlaşdırılıdığına görə, ona hər hansı müdaxilə mümkün deyil. Yəni, məsələn hakerlər tərəfindən hər hansı bir bank məlumatlarına daxil olunması, istifadə edilməsi, köçürmələrə müdaxilə etməsi mümkün deyil.
Qeyd edək ki, “CrediVault” – ABŞ-da yaradılmış innovasiyalar, süni intelekt, yeni rəqəmsal texnologiyalar və həllər sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkətin 70-dən çox yüksək ixtisaslı proqramçılardan ibarət komandası müxtəlif ölkələrdən, əsasən İsrail, ABŞ və Belarusdan olan mütəxəssislərdən ibarətdir.
Şirkətin əsas məhsulu CrediVault adlanan təhlükəsiz blokçeyn platformasıdır. Onun tətbiq olunması mövcud texnoloji sistemlərdən daha ucuz başa gəlir, eləcə də informasiya təhlükəsizliyini, şəffaflığı və istifadəçi hüquqlarının qorunmasını təmin edir, nəhayət texnoloji firildaqların və dələduzluqların qarşısını alır.
İndiyədək CrediVault texnologiyası yalnız ABŞ və İsraildə müxtəlif sahələrdə tətbiq edilib. Azərbaycan CrediVault texnologiyasının tətbiqinə başlandığı 3-cü ölkədir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür