Bakı Fond Birjası (BFB) yanvar-sentyabr ayları üzrə investisiya şirkətlərinin əməliyyatları barədə məlumatları açıqlayıb.
Eləcə də bax:Bakı Fond Birjasında əməliyyatların ümumi - HƏCMİ AZALIB - YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, aparılan əməliyyatların sayına görə, ən yüksək yeri "İnvest-Az İnvestisiya Şirkəti" QSC və “CPM-İnvest İnvestisiya Şirkəti» QSC tutur. 2022-ci ilin ilk 9 ayı ərzində bu şirkətlərdə müvafiq olaraq 2 258 və 2 264 əməliyyat aparılıb. Sözü gedən şirkətlər əməliyyatların həcmiqnin böyüklüyünə görə fərqlənən digər 3 şirkəti «Paşa Kapital» (1933 əməliyyat), «Unicapital» (1752 əməliyyat) və «AzFinance» (1 544 əməliyyat) investisiya şirkətlərini qabaqlayırlar.
Qeyd edək ki, əməliyatların sayının böyük olması şirkətin istifadəçilərinin yüksək aktivliyini və müxtəlif kateqoriyalı alət və istifadəçilərlə işlədiyini göstərir.
İnvestisiya şirkətləri |
Əməliyyatların sayı |
CPM-İnvest İnvestisiya Şirkəti QSC |
2264 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
2258 |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
1933 |
"Unicapital İnvestisiya Şirkəti" ASC |
1752 |
"AzFinance İnvestisiya Şirkəti" QSC |
1544 |
"PSG Kapital İnvestisiya Şirkəti" QSC |
767 |
"ABB İnvest İnvestisiya Şirkəti" QSC |
728 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
373 |
BTB Kapital İnvestisiya Şirkəti ASC |
264 |
MFX Trading İnvestisiya Şirkəti |
|
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.