Yanvar ayında Azərbaycanda dövlət qiymətli kağızlarının dövriyyəsi 6,5 dəfə azalıb.
FED.az xəbər verir ki, ötən ay Bakı Fond Birjasında (BFB) dövlət qiymətli kaızları ilə əməliyyatlar cəmi 217,2 milyon manat təşkil edib. Ötən ilin yanvarında isə bu göstərici 1 milyard 425 milyon manat idi.
Eləcə də bax: Azərbaycan bankı qiymətli kağızlara – İNVESTİSİYANI AZALDIB
Azalmanın əsas səbəbi ilkin bazardır. Ötən ilin yanvarında 1 milyard 342 milyon manatlıq qiymətli kağız buraxmışdısa, bu ilin yanvarında həmin göstərici cəmi 127,6 milyon manata düşüb.
Başqa sözlə, AMB-nin qiymətli kağızlarında 10 dəfədən çox azalma var.
Təkrar bazarda azalma deyil, əksinə, cüzi artım var – ötənilki 48,5 milyon manata qarşı bu il 54,7 milyon manat.