“Bank Avrasiya” qiymətli kağızlara investisiyanı azaldıb.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bank qiymətli kağızlara 28 milyon 618 min manat investisiya edib ki, bu da 2018-ci illə müqayisədə 5 milyon 540 min manat və ya 16,2% azdır. Bank 2018-ci ildə qiymətli kağızlara 34 milyon 158 min manat investisiya etmişdi.
Məlumat üçün bildirək ki, bankın qiymətli kağızlara vəsait ayırdığı aktivləri 2019-cu ildə 170 milyon 439 min manat olub ki, bu da 2018-ci illə müqayisədə 2 milyon 802 min manat və ya 1,6% çoxdur. Bankın 2018-ci ildə aktivləri 167 milyon 638 min manat olub.