"Coca-Cola İçecek AŞ" 1 milyard Türk lirəsi (TL) məbləğində (cari məzənnə ilə 90 milyon 400 min manat ) istiqrazlar buraxıb.
Birjada necə qazanırlar? 2022-də valyuta bazarının lideri – ABŞ DOLLARI OLUB - INVESTAZ TƏQDİM EDİR
FED.az Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına istinadən xəbər verir ki, istiqrazların müddəti 364 gündür.
Əməliyyata "AK Yatırım" şirkəti vasitəçilik edir.
Qeyd edək ki, Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin "Coca-Cola İçecek" şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir.
CCI (Coca-Cola İçecek) - Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada 10.000-ə yaxın işçisi olan şirkətdir. The Coca-Cola Company brendlərindən ibarət olan qazlı və qazsız İçkilərin istehsalı, satışı və paylanması ilə məşğul olan CCI, Coca-Cola sistemində ən mühüm şirkətlərdən biridir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.