Milli Depozit Mərkəzi (MDM) tərəfindən korporativ istiqrazlar üzrə ödənişlər həyata keçirilib.
Eləcə də bax: Azərbaycanda bu şirkətin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR
MDM-dan FED.az-a verilən məlumata görə, ödənişlər «Silk Vey Vest Aviaşirkəti» MMC-nin istiqrazları üzrə həyata keçirilib. Belə ki, istiqrazlar üzrə üzrə kupon (yəni istiqrazlar üzrə faiz ödənişinin) ödənişinin məbləği 250 min ABŞ dolları olub.
Xatırladaq ki, «Silk Vey Vest Aviaşirkəti» son bir ildən də az müddətdə 3 dəfəyə, hər biri 10 milyon dollar olmaqla, üst-üstə 30 milyon dollarlıq istiqraz yerləşdirib.
İlk istiqraz buraxılışı (AZ2001023517 dövlət qeydiyyat nömrəli) 2021-ci il noyabrın 19-da, ikinci buraxılış (AZ2002023516 dövlət qeydiyyat nömrəli) 2021-ci il dekabrın 27-də, üçüncü istiqraz buraxılışı (AZ2003023515 dövlət qeydiyyat nömrəli) isə 2022-ci il mayın 5-də baş tutub.
İstiqrazlar 3 illik müddətdə, illik 5% gəlirliklə buraxılıb, faizlər 3 aydan bir ödənilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.