Azərbaycanda bazar kapitaliziyasının ÜDM-ə nisbəti bençmark ölkələri ilə müqayisədə daha yaxşıdır.
Azərbaycanda listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 4 %-ə yaxın azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “PAŞA Bank”ın səhmlərinin abunə yazılışının başlanmasına həsr olunmuş mətbuat konfransında "Bakı Fond Birjası" QSC-nin (BFB) idarə heyətinin sədri Ruslan Xəlilov deyib.
Onun sözlərinə görə, Azərbaycandan bu qədər 10%-in altındadır, 3% ətrafındadır:
"PAŞA Bank" ASC-nin İlkin Kütləvi Təklif (IPO) çərçivəsində bu rəqəm təxminən 4% ətrafında olacaq. u rəqəm təxminən üç faizə yaxındır".
"Biz Bakı Fond Birjası olaraq potensial emitentlərlər ilə sıx ünsiyyətdə oluruq, onlara İPO-nun faydalarını izah edirik. Səhmlərin yerləşdirilməsi çox yaxşı təcrübədir. Gələcəkdə tək "PAŞA Bank" yox, bir çox sektorun nümayəndələri bu təcrübədən istifadə edə bilərlər. Biz bu istiqamətdə çalışırıq", - deyə o, bildirib.














