2025-ci ildə Azərbaycanda listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 2,67 milyard manat təşkil edib.
AMB qiymətli kağızları dövriyyəsi üzrə investisiya şirkətlərinin - RENKİNQİ - (YANVAR-MART/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) bildirir.
Məlumata görə, bu da, 2024-cü illə müqayisədə 3,6 % azdır.
BFB qeyd edib ki, sektor bölgüsündə maliyyə sektoru üstün mövqedə qalaraq ümumi kapitalizasiyanın 99%-ni təşkil edib, real sektorun payı isə cəmi 1% olub, və bu bazarda diverfikasiyaya olan ehtiyacı göstərməkdədir.
Bazar kapitalizasiyası əsasən iri şirkətlərdə cəmlənib: kapitalizasiyası 100 milyon manatdan yuxarı olan 7 şirkət ümumi bazar dəyərinin 88%-ni, 10-100 milyon manat arası 6 şirkət 11,1 %-ni, 10 milyon manatdan aşağı isə 23 şirkət 0,9 %-ni təşkil edib.
2024-cü ildə həyata keçirilmiş ilk IPO-dan sonra 2025-ci ildə Azərbaycanın səhm bazarında aktivlik əsasən təkrar bazar ticarəti hesabına formalaşıb. Təkrar bazarda ticarət həcmi 12,5 milyon manatdan 15,8 milyon manata yüksəlmişdir ki, bu da investor aktivliyinin sabit qaldığını göstərir. (Report)














