“Azərbaycan Supermarket” MMC AZ2001023525 ISIN kodlu, faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının standart bazar seqmentindən qeyri-listinq siyahısına salınması üçün Bakı Fond Birjasına (BFB) müraciət edib.
Eləcə də bax: Bravo istiqrazlarına 19 investordan 40 sifariş - TAM SATILDI
BFB-dən FED.az-a bildirilib ki, müraciət məktubuna cavab olaraq, Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Supermarket” MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınıb.
Qeyd edək ki, gələn il yanvarın 17-dən “Azərbaycan Supermarket” MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınaraq ticarət ediləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.