Bakı Fond Birjasında “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Birjadan FED.az-a verilən məlumata görə, 20 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
23 fevral 2023-cü il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir. Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmlərin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
Yerləşdirmə forması |
Q/k-ın Ticarətə buraxılma tarixi |
Anderrayter
|
AZ1001021828 |
Adi adlı sənədsiz səhm |
1,000 (ədəd) |
100 manat |
Abunə yazılışı üsulu |
23.02.2023 |
“CPM İnvestisiya Şirkəti” ASC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür