Oktyabrın 27-də «Gəncə Körpü Tikinti-2» ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, saat 16.00-da keçiriləcək iclas Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda baş tutacaq.
«Gəncə Yol Tikinti-2» səhmdarları toplaşır – İCLAS
İclasda Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı, Cəmiyyətin idarə heyətinin hesabatı, 2020-2021-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə olunması və illik hesaba¬tın təsdiq edilməsi, Hüquqi ünvanın dəyişdirilməsi, Dividendlərin paylanması, Cəmiyyətin idarəedici orqanlarının seçkisi məsələləri müzakirə olunacaq.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Səhmdarların nəzərinə çatdırılır ki, ümumi yığıncaq işti¬rakçılarının qeydiyyatı, yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özü, yaxud notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi iştirak edə bilər.