Oktyabrın 28-də «Gəncə Yol Tikinti-2» səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclas 16-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcək.
Yığıncaqda 2020-2021-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə olunması və təsdiq edilməsi müzakirə ediləcək.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda, qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Səhmdarların nəzərinə çatdırılır ki, ümumi yığıncaq iştirakçılarının qeydiyyatı, yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qey-diyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özü, yaxud notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi iştirak edə bilər.