Azərbaycanın aparıcı metal məmulatları istehsalçısı olan «AzeSteelCompany» ASC növbəti istiqrazlarını buraxır.
Eləcə də bax: «Azfinance» şirkəti ölkənin məşhur metal şirkətində – PAY ALIB
FED.az xəbər verir ki, şirkətinin 1,5 milyon manatdıq istiqrazları (hər biri 1000 manatdan olmiaqla 1500 ədəd istiqraz) oktyabrın 4-dən etibarən Bakı Fond Birjasının (BFB) listinqinə daxil edilib. Bu istiqrazlar birjada «standart bazar seqmenti»ndədir.
Xatırladaq ki, şirkətin bundan əvvəl də 3 dəfə istiqraz buraxılışları olub. Bunlardan biri 2 milyon manatlıq, 2 buraxılış isə hər dəfəyə 1 milyon manatlıq istiqrazdır.
Bu dəfə «AzeSteelCompany» ASC öz istiqrazlarını əmlak təminatı ilə buraxmağa qərar verib. Nəticədə bu istiqrazla təmni edilmiş sayılır.
Məbləği 1,5 milyon manat olan istiqraz buraxılışına şirkət ümumi məbləği təqribən 1,9 milyon manat olan 3 əmlakla təminatı verəcək.
Bu əmlaklar həm «AzeSteelCompany» ASC-nin özünə, həm də digər şəxslərə məxsusdur.
Belə ki, Abbasov Əlimürsəl Əliağa oğluna məxsus Abşeron rayonu, Fatmayı kandi ərazisində yerləşən 1 hektarlıq torpaq sahəsi (150 min manat), «AzeSteelCompany» ASC-yə məxsus Haciqabul rayonu, Navahi kəndində mülkiyyatda olan 2.502 ha torpaq sahəsi, qeyri-yaşayış binası və digər təkililər (1 milyon 462,5 min manat), İsmayılova Südabə Əlağa qizina məxsus olan Bakının Nərimanov rayonu,İsmayıl Hidəyatzadə küçəsində yerləşən 280 min manatlıq mənzil – bu dəfəki istiqraz buraxılışının təminatı rolunu oynayacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.