16 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2183024705 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasında əməliyyatların həcmi - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 9,470.3247 (7.99%) manat və 9,485.4162 (7.75%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği
57,270,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,479.1222 (7.85%) manat, orta ölçülmüş qiyməti isə 9,479.7375 (7.84%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 25.07.2024-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.