Azərbaycanda qüvvədə olan qanunvericiliyin kapital bazarın inkişafına nə dərəcə təsir etməsi ilə bağlı diaqnostikanın aparılması gözlənilir.
Azərbaycan vətəndaşları xarici birjalarda əməliyyat apara biləcək
FED.az xəbər verir ki, bunu "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) ictimai Birliyinin icraçı direktoru Murad Yəhyayev "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" (ATMİA) İctimai Birliyinin AFBİA-a ilə birgə keçirdiyi tədbirdə bildirib.
Onun sözlərinə görə, diaqnostikanın məqsədi hazırkı qanunvericiliyin kapital bazarının inkişafına təsirinin öyrəniloməsi, çatışmazlıqların müəyyən edilməsindən ibarətdir: "Bununla yanaşı hansısa əlavələr, güzəştlər təbiq edilə bilməsi ilə bağlı araşdırma aparılacaq. Diaqnostika aparılandan sonra müəyyənləşdiriləcək ki, qanunvericiliyə hansı dəyişikliklər edilsin və bununla bağlı təkliflər hazırlanacaq". (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.