7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2004021021 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: BOKT “İnternational” istiqrazlarının “Açılış Zəngi” mərasimi - KEÇİRİLDİ
İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olmub.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 2,0 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 07.12.2023-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.