Azərbaycan bankları İPO və istiqraz buraxılışlarına hazırlaşırlar. FED.az xəbər verir ki, oktyabrın 5-də Bakı Fond Birjasında maliyyələşmə və ticarət imkanları mövszusunda görüş keçirilib.
Eləcə də bax: Daha iki şirkətin səhmləri satışa buraxıldı – QİYMƏTLƏR
“BFB-də maliyyələşmə və ticarət imkanlarına” mövzusunda keçirilən görüş Bakı Fond Birjasının təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının dəstəyi ilə baş tutub.
Tədbirdə “Listinq məsləhət proqramı” və “Qiymətli kağızların ticarətində mövcud trend” haqqında təqdimat edilib, Bankların IPO və borc alətləri vasitəsi ilə kapital bazarlarına çıxışı, dövlət qiymətli kağızlar bazarında ticarət prosesi, BFB ticarət sistemindən istifadə imkanları və digər mövzular ətraflı müzakirə olunub.
Eləcə də bax: Maliyyə Nazirliyinin istiqrazları satılacaq – İLLİK 8%
Görüşdə bank sahəsində çalışan şəxslər, fond bazarının peşəkar iştirakçıları, o cümlədən Milli Depozit Mərkəsinin nümayəndəsi də iştirak edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir