9 oktyabr 2018-cı il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Birjadan FED.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0105015694 |
Emissiya həcmi |
30 000 000 AZN |
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
728 gün |
Faiz ödənişləri (olduqda) |
2019-cu il 9 aprel, 2019-cu il 8 oktyabr, 2020-ci il 7 aprel, 2020-ci il 6 oktyabr |
Faiz gəliri |
8 % |
Ödəmə tarixi |
06.10.2020 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.