Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları “Bloomberg” ticarət sistemində 51,9 milyard manat məbləğində 2 min 864 ədəd əqd bağlayıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı”nda bildirilir.
Məlumata görə, 9 ayda əqdlərin sayı illik 16% artıb.
Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 95%-i 1-3 günlük olub.













