2026-cı ildə real iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2,0% və 4,4% olacağı proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda bildirilir.
Proqnozlara görə 2026-cı ildə də ümumi ÜDM-in artımına neft-qaz ÜDMi azaldıcı, qeyri-neft-qaz ÜDM-i isə artırıcı təsir edəcək.
Qeyri-neft-qaz sektoruna ev təsərrüfatlarının istehlakının artırıcı təsiri nisbətən azalsa da, əsas fondların yığımının artırıcı təsiri gözlənilir.
Neft-qaz sektorunda ÜDM üzrə 2025-ci ilə -0,2%, 2026-cı ilə -2,4% real azalma proqnozlaşdırılır.
Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. 2025 və 2026-cı illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq.












