Bank “BTB” ASC-nin istiqrazları Bakı Fond Birjasında Standart bazar seqmentində listinqə daxil olmuşdur
Eləcə də bax: Azərbaycanın ən böyük bankı 20 milyon manatlıq - İSTİQRAZ BURAXIR – GƏLİR İMKANI
FED.az xəbər verir ki, 25 may 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin ümumi dəyəri 5 000 000 (beş milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
Q/k-ın Ticarətə buraxılma tarixi |
İstiqrazların sayı |
İllik gəlirlilik faizi |
Nominal dəyəri |
Ödəmə periodu |
Tədavül müddəti |
AZ2003009449 |
Faizli, təmin edilməmiş istiqrazlar |
26.05.2022 |
5,000 (ədəd) |
9 % |
1,000 AZN |
Hər 30 gündən bir |
6 təqvim ili |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.