22 iyul 2024-cü il tarixdə saat 17:00-da “Aynur-119” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Keykəb Xanım Səfərəliyeva küçəsi 16e, Time Business Center, 8-ci mərtəbə ünvanında yerləşən ofisdə baş tutacaq.
Səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil olub:
1. “Aynur-119” ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
2. İdarəetmə hesabatının təsdiqi.
3. Cari məsələlər.
Gündəlikdə nəzərdə tutulmuş məsələlərlə bağlı sənədlərlə yuxarıda qeyd olunan ünvandakı ofisdə tanış olmaq olar.