22 iyul 2024-cü il saat 10.00-da “F.S” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi :
1. Cəmiyyətin 2023-cü və 2024-cü illər üzrə maliyyə hesabatlarının və maliyyə balansının təsdiq edilməsi.
2. 2023-cü və 2024-cü illərin dividendlərinin bölüşdürülməsi.
3. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.
4. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil olunan MMC-lərin təsis edilməsi və nizamnamə kapitalının formalaşması.
5. Bölünmə balansının təsdiq edilməsi.
6. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.
7. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
8. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanışlıq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu- 012-564-25-76.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllə.