Avstraliyanın ən iri rəqəmsal aktivlər birjası “CoinJar” ölkədə ilk dəfə olaraq “Mastercard”ın dəstəklədiyi kriptovalyuta ödəniş kartı buraxıb.
Eləcə də bax: “Ethereum” mayninqi bitkoindən - Daha Gəlirli Olmağa Başlayıb
FED.az xəbər verir ki, yeni məhsul kriptovalyutanı ödəniş şəbəkəsi ilə işləyən bütün ticarət nöqtələrində xərcləməyə, bankomatda nağdlaşdırmağa imkan verir.
Kart fiziki və rəqəmsal formada əldə oluna bilər. O, 30-a yaxın rəqəmsal aktivi dəstəkləyir. Tranzaksiya həyata keçirilən zaman virtual valyuta dərhal avstraliya dollarına konvertsiya olunur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür