31 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 50 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
"PAŞA Kapital" "Kapital Bank” ASC-nin istiqrazlarına abunə yazılışı - ELAN EDİR
FED.az bunu BFB-yə istinadən xəbər verir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 10 iyun 2024-cü il tarixində yekunlaşıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“Kapital Bank” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2009005151 |
|
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
|
İstiqrazın sayı |
500,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
Buraxılış həcmi |
50,000,000 manat |
|
İllik gəlirlilik faizi |
10% |
|
Ödəmə Periodu |
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir |
|
Tədavül müddəti |
1 il |
|
Hərrac qiyməti |
100 manat |
|
Reallaşdırılmış həcm |
50,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
96,091,600 manat |
|
İnvestor sayı |
42 |
|
Sifariş sayı |
42 |
|
İstiqrazların ödəmə tarixi |
10.06.2025 |
|
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |













