Mayın 8-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Qiymətli kağızın ISIN kodu |
AZ2044008681 |
Emissiya həcmi |
25 000 000 AZN |
Nominal qiyməti |
1000 АZN |
Hərrac qiyməti |
1 005,25 AZN |
İstiqrazların tədavül müddəti |
19 il |
Faiz dərəcəsi |
3 % |
Faiz gəlirinin ödəniş müddəti |
6 aydan bir (180 gün) |
Anderrayter |
BTB-Kapital İŞ ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir. İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.