29 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”nın 50 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Avropa Bankı Azərbaycanda ilk dəfə manatla istiqraz buraxır - MƏBLƏĞ
FED.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində keçiriləcəkdir.
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazların sayı 500 ədəd, ilkin ticarət qiyməti 100 min manat, tədavül müddəti 1 ildir. Faiz ödənişləri göstərilmiş tarixlərdə (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) rüblük olaraq həyata keçirilirəcək. Anderrayterlər “ABB-İnvest İ.Ş.” QSC və “Unicapital İ.Ş.” ASC-dir.
İstiqrazların illik faizi Azərbaycan Banklararası Faiz Dərəcəsi (AZIR) əsasında müəyyən olunacaq.