Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı ilk istiqraz emissiyasının dəyəri 50 milyon manat olacaq.
Avropa Bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
FED.az xəbər Emissiya Prospektinə istinadən verir ki, 500 ədəd, hər biri 100 min AZN nominal dəyərində olan istiqrazlar 1 oktyabr 2025-ci ildə ticarətə buraxılacaq və 1 oktyabr 2026-cı ildə geri ödəniləcək.
İstiqrazların illik faizi Azərbaycan Banklararası Faiz Dərəcəsi (AZIR) əsasında müəyyən olunacaq və ödənişlər rüblük qaydada həyata keçiriləcək.
İstiqrazlar Bakı Fond Birjasında listinqə daxil ediləcək.
"Bu emissiya Azərbaycanın kapital bazarında mühüm hadisə hesab olunur və yerli bazarda milli valyutada istiqrazların rolunu daha da gücləndirəcək", - EBRD bildirib.
Anderrayterlər "ABB-İnvest İnvestisiya Şirkəti" QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-lərddir.
XXX
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycanda ilk dəfə istiqraz emissiya edir.
FED.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir. Məlumata görə, Bank ümumilikdə 50 milyon manat həcmində istiqraz buraxacaq.
İstiqrazların hər birinin nominal dəyəri 100 min manat olan sayı isə 500 ədəddir.
İstiqrazlar "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər AZİR indeksinə uyğun olaraq rübdə bir dəfə ödəniləcək.
Anderrayterlər "ABB-İnvest İnvestisiya Şirkəti" QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-lərddir.