Maliyyə Monitorinqi Xidməti tərəfindən keçirilən tender başa çatıb.
FED.az xəbər verir ki, “Lisenziyaların, maşın və avadanlıqların” alışı üzrə keçirilmiş tenderin qalibi “CaspeL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətə ödəniləcək məbləğin dəyəri 3 milyon 136 min 973 manat 97 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 3 milyon 307 min 962 manatdır.
Maliyyə Monitorinqi Xidməti daha öncə də "Caspel" şirkətinə 503 min 645 manatlıq lisenziyalar və proqram təminatları və 2 milyon 537 min 798 manat dəyərindəki "Avadanlıq və lisenziyaların" satın alınması işlərini həvalə edib.











