«Assist Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 2 milyard 497,4 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 2,9 dəfə artıb.
Bu dövrdə investisiya şirkətinin AMB-nin notları üzrə dövriyyəsi 329,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 314,2 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 609,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 132,3 milyon manat, səhmləri isə 111,2 milyon manat olub.
Cari ildə «Assist Finance İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 3,3%, dövlət istiqrazları üzrə əməliyyatları 36,5%, korporativ istiqrazlar üzrə əməliyyatlar 2,5 dəfə, repo əməliyyatları 14,3 dəfə artıb. Şirkətin ötən ilin eyni dövründə səhm əməliyyatları olmayıb.
Bu il «Assist Finance İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,5 dəfə artaraq 362-dən 903-ə yüksəlib.
Qeyd edək ki, bu il "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin adı "Assist Finance İnvestisiya Şirkəti"nə dəyişdirilib.