Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarında rekord göstəriciyə imza ataraq 65 emissiya prospektini təsdiq edib.
Milli Depozit Mərkəzi xidmət haqlarını "ASAN Pay"lə ödəmək imkanı yaradıb
FED.az xəbər verir ki, bunu AMB-nin Qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov "12-ci Beynəlxalq Caspian Investment Forum"da bildirib.
Onun sözlərinə görə, AMB hər zaman emissiya prosesində emitentlərə dəstək verməyə çalışıb: "Bəzi hallarda Mərkəzi Bank özü təşəbbüs göstərərək emitent və ya anderrayterlərlə əlaqə saxlayıb, tövsiyələr verib. Əsas məqsəd emissiya prospektlərinin qanunvericiliyə uyğun tərtib olunmasını təmin etməkdir".
A. Məmmədov əlavə edib ki, AMB bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir və bu il nöqsanların minimallaşdırılması üçün iki əsas hədəf müəyyən edilib:
"Ən çox rast gəlinən nöqsanlarla bağlı investisiya şirkətləri və emitentlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır. Bu istiqamətdə işlərə artıq başlanılıb və təqdimatın yaxın aylarda təşkili nəzərdə tutulur. Bununla yanaşı, metodoloji dəstəyin artırılması planlaşdırılır. Emissiya prospektlərinin tərtibatı ilə bağlı xüsusi təlimat hazırlanacaq, bu da bazar iştirakçılarına prosedurların düzgün icrasında kömək edəcək". (Report)