Milli Depozit Mərkəzi ASAN Pay ödəniş sisteminə qoşulmanı ötən həftə tamamlayaraq istifadəyə verilmişdir.
Azərbaycanda digər banklarda depozit yerləşdirərək ən çox gəlir qazanan banklar – SİYAHI, MƏBLƏĞLƏR, CƏDVƏLLƏR (2024)
FED.az xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
O öz çıxışında vurğulayıb ki, "MDM-in inkişaf strategiyasına uyğun olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi olan E-vote istifadəyə verilmişdir. Bu xidmət barədə artıq mətbuatda kifayət qədər məlumatlar yayımlanmışdır. Əlavə olaraq məlumatların düzgünlük və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mərkəzi depozitar sisteminin İAMAS-a eyni zamanda ASAN imza və SİMA-ya qoşulmaları həyata keçirilmişdir. Bu çərçivədə ASAN Pay ödəniş sisteminə qoşulma da ötən həftə tamamlanaraq istifadəyə verilmişdir. Artıq MDM tərəfində göstərilən xidmətlər üzrə xidmət haqlarını ASAN Pay vasitəsilə ödəmək mümkündür".