"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO bu gündən investorlara təklif etdiyi 100 milyon ABŞ dolları dəyərində istiqrazları satdıqdan sonra daha 50 milyon dollarlıq istiqraz buraxacaq.
Rauf Vəliyev: "İnvestorlar demək olar ki, borcu olmayan şirkətin istiqrazlarını alacaq"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rauf Vəliyev bildirib.
"İstiqraz buraxılışını genişləndirməkdə məqsəd daha geniş bazarlara çıxış əldə etməkdir. Bu ili 70-75 milyon manat mənfəətlə başa vurmağı planlaşdırırıq", - deyə o qeyd edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.