“Apple” şirkətinin səhmləri yeni “Vision Pro” qarnituru təqdim edildikdən sonra ucuzlaşıb. Qeyd olunur ki, təqdimat zamanı səhmlər 1.5% bahalaşıb, sonra isə 0.88% düşüb.
Niyə M2 Pro və ya M2 Max çipli yeni MacBook Pro-nu - MÜTLƏQ ALMALISINIZ?
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, tərtibatçılar üçün nəzərdə tutulmuş “WWDC” təqdimatı dünən, iyunun 5-də keçirib. Videoyayım “Apple”ın rəsmi saytında aparılıb. Əsas yenilik isə məhz “Vision Pro” qarnituru olub. O əsasən oyun oynamaq və ünsiyyət qurmaq üçün nəzərdə tutulub.
Bundan əlavə, “Apple” təqdimat zamanı 15 düym diaqonallı ekrana malik “MacBook Air” noutbukunu, həmçinin peşəkarlar üçün “Mac Studio” və “Mac Pro” kompüterlərini nümayiş etdirib.
Təqdimatdan əvvəl “Apple” səhmləri bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib – 184.95 dollara. Bu, əvvəlki ticarət sessiyasının bağlanışından təxminən 2% çoxdur. “Reuters” yazır ki, 2023-cü ilin əvvəlindən “Apple” səhmləri demək olar ki, 40% bahalaşıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.