iSpace - Azərbaycan Respublikasında Apple Premium Reseller statuslu yeganə satış mərkəzidir.
M2 Pro və M2 Max: peşəkar notbuklar üçün ən güclü və enerjiyə qənaət edən çiplərdir.
Ciddi işlər üçün kompüter alanlar üçün onun gücü, sürəti və avtonomluğu son dərəcə vacibdir. Bir sözlə, yeni MacBook Pro M2-lərin tayı-bərabəri yoxdur. Prosessorlar (çipdəki sistem) M2 Pro və M2 Max ikinci nəsil 5 nm proses texnologiyası əsasında qurulub. Çiplərin əsas xüsusiyyətlərinə gəlin qısaca baxaq:
- M2 Pro-ya 40 milyard tranzistor daxildir və vahid yaddaş bandwidth saniyədə 200 GB təşkil edir. 32 GB-dək birləşdirilmiş Low Latency Memory mövcuddur. Apple şirkətinin məlumatına görə, multi-threaded rejimdə M2 Pro M1 Pro-dakı sələfindən 20 % daha sürə M2 Max daha möhtəşəmdir: 67 milyard tranzistordan ibarətdir və bahid yaddaş bandwidth saniyədə 400 GB-dır. Birləşdirilmiş Low Latency Memory isə 96 GB-dəkdir.
- Qrafik prosessorlar M2 Pro-da 19 nüvəyə qədərdir ki, bu da M1 Pro-dan 3 nüvə çoxdur. M2 Max 38 nüvəyə
- Hər iki çip təkmilləşdirilmiş 16 nüvəli neyron mühərriki ilə təchiz edilib. O, əvvəlki nəsil M1-dən 40 % daha sürətlidir və saniyədə 15,8 trilyon əməliyyat yerinə
- Yeni görüntü siqnal prosessoru.
MacBook Pro 14 və 16 düymlük: bütün dəyişikliklər burada
Bütün əsas yeniliklər daxilində gizlənir. Xarici olaraq isə Mac demək olar ki, eyni qalıb: monolit alüminium korpus, ekranın ətrafındakı miniatür çərçivə və kamera üçün xüsusi yer. Əla görünür.
MacBook с М2 Pro-nun xüsusiyyətləri
Kompüter 10 və ya 12 nüvəli CPU ilə təchiz edilmişdir. Onlardan səkkizi yüksək performans, dördü isə yüksək məhsuldardır. M1 Pro nəsli ilə müqayisədə performans 20 % artıb.
Birləşdirilmiş yaddaş bandwidth qabiliyyəti M2-dən iki dəfə çoxdur: saniyədə 200 GB. Onun həcmi isə 32 GB-dəkdir: siz böyük layihələr yarada və bir anda bir neçə “ağır” proqramı işə sala bilərsiniz.