2025-ci ildə ümumi əmtəə qiymətlərinin düşməsi gözlənilsə də, qızıl və gümüş kimi qiymətli metalların qiymətlərinin artmağa davam edəcəyi proqnozlaşdırılır.
Dünya bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb
FED.az xəbər verir ki, qızıl investorların hökumət borcları və geosiyasi risklərdən sığortalanma vasitəsi kimi gördüyü üçün 2024-cü ildə 26% artıb. Analitiklər bu il də qiymətlərin yüksələcəyini və qızılın unsiyasının 3,000 dollara çata biləcəyini düşünürlər.
Gümüş də sənaye sektorunda, xüsusilə günəş panelləri və süni intellekt məhsullarında geniş istifadə olunduğu üçün yüksək tələb görür. Bununla yanaşı, təchizatın məhdud olması qiymətlərin yüksəlməsini dəstəkləyir. JPMorgan analitikləri gümüş və platinin də güclü artım göstərə biləcəyini vurğulayır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.