Amerikalı investor və iş adamı, “Varlı ata, Kasıb ata” bestseller kitabının müəllifi Robert Kiyosaki proqnozlaşdırır ki, 2025-ci ilə qədər əsas ehtiyat (rezerv) valyuta kimi ABŞ dollarına inam məhv olacaq, qızıl, gümüş və rəqəmsal aktivlər kəskin şəkildə bahalaşacaq.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, onun sözlərinə görə, “nəhəng çöküş yaxınlaşır”. Bundan əlavə, depressiya da mümkündür. Kiyosaki qeyd edib ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) milyardlarla pul çap etməyə məcbur olmasıdır.
“2025-ci ilə qədər qızıl 5 min dollar, gümüş 500 dollar olacaq, niyə? Çünki ABŞ dollarına - "saxta pula" inam məhv olacaq. Qızıl və gümüş tanrıların puludur”.
Kiyosakinin fikrincə, 2023-cü ildə FED faiz dərəcələrini azaltmağa başlayacağına görə dollar çökəcək. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür