Rusiyanın alüminium istehsalçısı "Rusal"ın səhmləri çərşənbə axşamı, iyulun 5-də keçirilən ticarətin açılışında 22,58% bahalaşaraq bir səhm üçün 66,495 rubl təşkil edib.
Eləcə də bax: Azərbaycan alüminium ixracını - KƏSKİN ARTIRIB
FED.az xəbər verir ki, bahalaşmanın səbəbi "Norilsk Nikel" (Nornickel) və "Rusal"ın birləşmək məsələsini yenidən müzakirə etməyə başladıqları barədə xəbərlərdir.
"Norilsk Nikel"in prezidenti Vladimir Potanin RBC-yə verdiyi müsahibəsində "Norilsk Nikel" və "UC Rusal"ın birləşmək ideyasına qayıtdıqlarını söyləyib.
"Norilsk Nikel"in səhmləri isə ticarətin əvvəlində 4,69% artaraq bir səhm üçün 17 822 rubla çatıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.